EL Cargo
Haqqında
EL Holdinqə daxil olan şirkətlərdən biri olaraq “EL Cargo” yüklərin daşınması şirkəti yük daşınmaları bazarına 1998-ci ildə daxil olmuş, yüklərin daşınması səviyyəsi və keyfiyyətinə görə tezliklə tanınmış və beynəlxalq hava və yol nəqliyyatı daşınmasında ixtisaslaşmışdır.
Uzun illlər müvəffəqiyyətli fəaliyyətimiz sayəsində yük daşımaları sahəsində mühüm təcrübə qazana bilmişik. Biz müştərilərimizin tələb və ehtiyaclarına cavab verən səmərəli və etibarlı beynəlxalq nəqliyyat xidmətləri təmin etməkdən qürur duyuruq. Şirkət aşağıdakı xidmətləri təqdim edir:
- Ekspeditor xidmətləri
- Anbar loqistikası
Anbar loqistikiası yüklərin Avropa standartlarına cavab verən açıq və bağlı anbarlarda saxlanıması təmin edilir.
Gömrük rəsmiləşdirilməsi
Şirkətimiz bütün növ gömrük rejimlərində hər növ məhsul kateqoriyaları üzrə gömrük rəsmiləşdirilməsini həyata keçirir.
Xdmətlərimizə həmçinin, yüklərin slğortası, konsaltinq və terminal əməliyyatları daxildir. Çin Xalq Respublikasının Pekin, Urumçi və Quanjoy şəhərlərində nümayəndəliklərimiz fəaliyyət göstərir, Cinə və Cindən müxtəlif yüklərin daşınmasını həyata keçirir.
Türkiyə, Gürcüstan, Rusiyadan bir çox şirkətlər bizim daimi müştərilərimizdir.
Bütün ofislərimizdə çalışan ixitisaslı mütəxəssislərdən ibarət heyət, keyfiyyətli və etibarlı xidmətlərin göstərilməsi məqsədilə müasir texnologiyalardan istifadə fəaliyyətimizin keyfiyyətinin təminatıdır.
Müştərilərimizə onların tələblərinə uyğun olaraq maksimum səviyyədə nəqliyyat və daşınma xidmətlərinin təmin edilməsinə zəmanət veririk.