"EL Mag" Mini Zavodu
Haqqında
"EL Mag" neft və neft tullantılarının yenidən emal olunması üzrə mini zavodu qeyri-sabit benzin (QSB), yanacaq və mazut əldə edilməsi məqsədilə neft və neft tullantılarının yenidən emalını həyata keçirir.
Əsas texniki göstəriciləri
Mini-zavod iki – atmosfer və vakuum qurğularından ibarətdir və tətbiq edilən xammaldan asılı olaraq müxtəlif texnikı gücə malikdir.
Göstəricilər |
minimum |
maksimum |
Xam neft üzrə |
200 ton/sutka |
300 ton/sutka |
Neft tullantıları üzrə (qarışıq neft tullantıları, istifadə olunmuş neft yağları qatışığı və s.) |
400 ton/sutka |
600 ton/sutka |
Tullantı sahə |
0.6 hektar |
1.0 hektar |
Əldə olunan məhsullar
Xam neftin emalı zamanı |
|
Qeyri-sabit benzin (QSB) |
Oktan ədəd 55-66 |
Dizel yanacağı |
L-40 və L-62 markalı |
Mazut | M-100 markalı |
Neft tullantılarının emalı zamanı |
|
Texniki kerosin |
|
Dizel yanacağı |
L-40 və L-62 markalı |
Yüngül neft yağı |
Xalis çəkisi – 0.87 / 0.89 q/sm2 |
Mazut |
M-100 markalı |
Zavodda neftin yenidən emalı prosesi atmosfer və vakuum qurğularında həyata keçirilir.
Təhlükəsizlik üstünlükləri
Mini-zavod yanğın əleyhinə vasitələrlə tam təchiz olunmuşdur. Estakadanın bütün mərhələləri su və buxar yanğınsöndürmə vasitələri ilə təmin edilmişdir.
Mini-zavodda neftin yenidən emalı prosesi tullantısız aparılır. Hava və yerüstü sahələrə tullanan neft məhsulları yol verilən konsentrasiyalar çərçivəsindədir.
Müqayisəli üstünlükləri
- Texnologiyaların sadəliyi və prosesin idarə olunmasının asanlığı;
- Qurğunun yüksək su tərkibi (5%-dək) neft tullantıları ilə işləməsinin mümkünlüyü;
- Əsas avadanlıqların və texnoloji qovşaqların yerləşdirilməsi zamanı qənaətlilik və tutumluluq;
- Nisbətən yüksək ekoloji təhlükəsizlik;
- İstismar zamanı neft məhsullarının nisbətən az itkisi (1%-dək) və enerji daşıyıcılarının məsrəflərinin azlığı.