"AELA"MMC Tikinti şirkəti 

Haqqında

"AELA" MMC Tikinti Şirkəti "EL Holdinq"in şirkətlər qrupundan biridir və 1996-cı ildə yaradılmışdır. Yarandığı vaxtdan keçən dövrdə şirkət kənd təsərrüfat sahəsində bir sıra layihələr həyata keçirmişdir. Sonradan isə şirkət tikinti layihələrinin həyata keçirilməsi işlərinə başlamışdır. 

Hazırda şikrət yeni layihənin həyata keçirilməsinə başlayacaqdır. Layihə Bakının mərkəzindən 40 kim aralı, Xəzər dənizi sahilində çimərlik və istirahət zonasına yaxın, istirahət mərkəzi Şüvəlan qəsəbəsində həyata keçiriləcəkdir. Layihə Azərbaycan əhalisinin orta sinif təbəqəsinin zövq və yaşayış tələblərinə uyğun nəzərdə tutulmuşdur. 

Layihədə 44.6 ha sahədə yüksək kateqoriyalı koteclər, yaşıllıq, hovuz və əyləncə sahələrinin yaradılması planlaşdırılır. Torpaq sahəsi şirkətin özəl əmlakı olmaqla, layihə rəsmi təsdiq edilmişdir. Layihə sahəsi mərkəzi şosse yoluna və qəsəbənin əsas infrastrukturuna, yüksək kateqoriyalı yaşayış sahəsi və ticarət mərkəzinə yaxın ərazidə yerləşir.