Holdinq haqqında
Ümumi məlumat
"EL Holdinq" əsası 1988-ci ildə qoyulmuş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Bu gün Holdinq yük daşımaları və sənaye istehsalı kimi sektorlarda uğurla fəaliyyət göstəri.
Ölkənin inkişaf dinamikası və iqtisadi gücü, eyni zamanda, təşkilati sabitlik və maliyyə stabilliyi, təcrübəli və peşəkar kadrlar EL Holdinqin uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir.
Bu gün fəaliyyətimizin genişləndirilməsi sayəsində beynəlxalq tərəfdaşlarımızın sayı artır və biz xalqımıza daha geniş çeşiddə yüksək keyfiyyətli məhsullar təqdim edirik. Sənaye istehsalı sahəsində fəaliyyətimiz genişlənir. Yük daşımalarının artırılması məqsədilə Çinin üç şəhərində nümayəndəliklərimiz təsis edilmişdir.
Bu gün "EL Holdinq" Azərbaycandan kənarda da fəaliyyət göstərərək müxtəlif biznes layihələr həyata keçirir. Prioritet sahələrdə aparılan bu layihələr təcrübəli ekspertlərin rəyinə əsaslaınır və bununla da, onların keyfiyyət və gəlirliliyi təmin olunur.
Qarşılıqlı hörmət və düzgünlük əsasında uzunmüddətli tərəfdaşlığın təmin edilməsi, rifah halının yüksəldilməsi məqsədilə xalqımzın yüksək keyfiyyətli məhsul və xidmətlərlə təchiz edilməsi, müştəri və tərəfdaşlarımıza sadiqlik və bununla, Azərbaycanın etibarlı biznes tərəfdaşı imicinin gücləndirilməsinə töhfələr vermək Holdinqin əsas prinsipləridir.