EL Restoran & Club
Haqqında
"EL Restaurant" EL Holdinqin ərzaq sektorunda aparıcı qurumudur. İnteryer, rəngarəng menyu, divardakı foto və şəkillər sadəcə bir dekorasiya deyil, bu - Azərbaycan mədəniyyət dünyasıdır. Milli elementlərlə bəzədilmiş restoran zalları səma dizaynı və həzin musiqi ilə həmahənglik təşkil edr.
Restoran Bakı mərkəzindən 30-40 km məsafədə olan kurort zonasında yerləşir, şəhər səs-küyündən uzaqda istirahət etmək istəyənlər üçün ideal yerdir. Bura dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biri, mətbəx mədəniyyəti və tarixini, süfrə psixologiyasını, mətbəx adət və ənənələrini özündə birləşdirən maddi mədəniyyətin əsas hissəsi olan Azərbaycan mətbəxinin incəliklərini təqdim edən elit bir güşədir.
İşgüzar görüşlər, mərasimlər, korporativ tədbirlər və ya sadəcə dostlarla istirahət üçün hər növ şərait yaradılmışdır. Burada ən yaxşı aşpazlar tərəfindən hazırlanan Avropa və Azərbaycan mətbəxinin ən fövqəladə təamlarını dada bilərsiniz.
Açıq yay zalı təmiz havada istirahət etmək üçün ideal imkandır. Burada yumşaq kresloda əyləşərək sakitliyə qərq olmaq və baş aşpazlar tərəfindən xüsusilə yay mövsümü üçün hazırlanmış yeni təamlardan dadaraq zövq almaq olar.
"EL Cafe" restoranın gözəl hissəsi olaraq, Avropa və Azərbaycan mətbəxinin ən məşhur yeməklərini təqdim edir. Tünd və yaşıl rənglərin incə ahəngi, ağacdan hazırlanmış bar stolu, dəri kreslo və divanlar xüsusi abu-hava və klassik ingilis barı təəssüratı yaradır.
Restoran masa xidməti ilə yanaşı, fərdi və korporativ müştərilərə paket və katerinq xidmətləri də təqdim edir. Xidmət personalı ərzaq sənayesində təcrübəli mütəxəssislərdən təşkil edilmişdir.
Bura paytaxtımızın qonaqlarının, həm də bakılıların sevimli istirahət güşələrindən biridir!