"EL METAL PLUS" Qapalı Səhmdar Cəmiyyət
HAQQIMIZDA
“EL METAL PLUS” Qapalı Səhmdar Cəmiyyət polad istehsalı zavodu “EL Holdinq” şirkətlər qrupuna daxildir.
“EL METAL PLUS” QSC polad istehsalı zavodu 2016-ci ildən fəaliyyət göstərir. Zavodda metal qırıntılarından polad istehsal edilərək yarımfabrikatlar (pəstahlar) və tikinti armaturu istehsal olunur.
“EL METAL PLUS” QSC polad istehsalı zavodu polad əritmə sexi, çeşidli yayma armatur sexi, mexaniki təmir sexi, metal qırıntılarının emalı sahəsi və müasir yarımstansiya sahələrindən ibarətdir. Zavodun istehsal gücü ayda 7000-10000 ton, illik 84000–120000 ton təşkil edir.
Fəaliyyəti dövründə istehsal proseslərinin və məhsul keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir texnika və avadanlıqların tətbiqi şirkətin əsas prioritetlərindən olmuşdur.
“EL METAL PLUS” QSC Türkiyə, Gürcüstan, Ukrayna, İtaliya, Rusiya, Latviya, Litva, Estoniya və bir sıra Avropa ölkələrindən olan şirkətlərlə sıx əməkdaşlıq edir. Bir sıra aparıcı yerli şirkətlər zavodun daimi müştərilərindəndir.
İstehsal prosesi
Şirkətin əsas məhsulu DÜİST 34028-2016 standartına uyğun A500сmarkalı Armatur və EN 10080-2005 standartına uyğun B500сmarkalı Armatur istehsalıdır. Armaturun ölçüləri - = F10, 12, 14, 16, 18, 20, 22, 25, 28 və 32 mm, L=12m.
“EL METAL PLUS” QSC-də polad əritmə sexində Türkiyənin “5M” şirkətinə məxsus 15 tonluq induksion ocaqları, fasiləsiz pəstah tökmə sahəsində Türkiyənin “AS Metal Makina” şirkətinin ikiyollu CCM avadanlığı, çeşidli inşaat armaturu yayma sahəsində isə Türkiyənin “Ekoterm” şirkətinə məxsus avadanlıqlar quraşdırılmışdır.
Türkiyə və Avropanın ən yüksək avadanlıqları ilə təchiz edilmiş zavodda istehsal polad əritmə induksiya sobalarında başlanır. İkiyollu CCM fasiləsiz tökmə maşınında 130x130mm ölçüdə DÜİST 380-2005 markalı Cт 1-6 polad istehsal olunur. Dəmir beton konstruksiyaları üçün termiki emal olunmuş (A500c markalı və B500c markalı) polad armatur əsas məhsul olaraq dövlət sertifikatlarına və EN 10080-2005 TÜV Austria sertifikatına malikdir.
Keyfiyyətə nəzarət
“EL METAL PLUS” QSC-nin fəaliyyətində məhsulun keyfiyyətinin idarə edilməsi və sınaq-laboratoriya işləri önəmli yer tutur. Bu məqsədlə zavodda müasir avadanlıqlarla təchiz edilmiş ekspress spektorial analiz laboratoriya və ölçmə həddi 20t, 50t, 100t olan alman istehsalı hidravlik mexaniki sınaq laboratoriyası fəaliyyət göstərir.
Ekspress spektrol analiz laboratoriyası polad külçələrin kimyəvi tərkibini təhlil edir. Mexaniki sınaq laboratoriyası isə son məhsulun keyfiyyətini müəyyən edir. Mexaniki sınaq laboratoriyasında Almaniyada istehsal olunmuş (dartılmaya, qopmaya, qırılmağa) sınaq maşını quraşdırılmışdır. Sınaq maşını əsas məhsulun - 10, 12, 14, 16, 18, 20, 22, 25, 28 və 32 mm profilli armatur nümunələrinin DÜİST 12004-81 üzrə cari və sertifikat sınaqlarını keçirməyə imkan verir.
Əlaqə:
Email: info@elmetalplus.az
Web: www.elmetalplus.az
Telefon: (+994 10) 252-62-62
Bizi sosial şəbəkələrdə iszləyin:
https://www.linkedin.com/company/elmetalplus
https://www.facebook.com/elmetalplus.az
https://www.instagram.com/elmetalplus.az
Ünvan:
Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, AZ1080
Baki şəhəri, Yasamal rayonu, Bakixanov küçəsi 2