Kruasan yeni qənnadı mağazasını açdı

Kruasan yeni qənnadı mağazasını açdı

17/07/2014

17 iyun tarixində “Kruasan” fransız qənnadı məmulatlarının milli şəbəkəsi Bakı sakinləri və qonaqlar üçün yeni mağazasını açdı.

İndi şəhərin elit yerlərindən biri olan Port Bakı kommersiya və yaşayış mərkəzində də “Kruasan” mağaza-kafe fəaliyyət göstərəcək. Şəhər sakinləri indi səhər tezdən gecə saatlarınadək nəfis şirniyyatların dadına baxa biləcəklər.  

Artıq səhər saat 8.30-dan qənnadı mağazasında sizi təzə bişmiş kruasan, çörək, makaroon və müxtəlif şirniyyatlar gözləyir. Səhərlərinə dadlı kruasan və bir fincan qəhvə ilə başlamaq böyük şəhər sakinlərinə əsil rahatlıq bəxş edər. Buradan yalnız şirniyyatlar alıb aparmaq deyil, həmçinin, kafedə rahat bir güşədə stol arxasında oturub ləzzətli məmulatlardan dadmaq olar.